Əli Həsənov: “Qərbdən qorxmuruq”

Prezident Administrasiyasının şöbə müdiri növbəti dəfə Qərbi ittiham edib

Source:


Prezident Administrasiyasının şöbə müdiri növbəti dəfə Qərbi ittiham edib

O 2014-cü ilin yekunları ilə bağlı “AzərTAc”a müsahibəsində bildirib ki, Azərbaycanda yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan, tam sərbəst şəkildə fəaliyyət göstərir.

Azərbaycan hökumətinin əsas tələbi ondan ibarətdir ki, QHT-lərin və medianın fəaliyyətində demokratik azadlıqlardan sui-istifadə hallarına yol verilməsin və bu sahədə qanunların aliliyi təmin olunsun.

“Nə Azərbaycan qanunlarında, nə də   beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmayıb”, – Ə.Həsənov vurğulayıb.

“Lakin son zamanlar ABŞ və Avropa İttifaqının müəyyən dairələrinin, bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı yürütdüyü qərəzli, ikili standartlar siyasəti artıq bütün etik çərçivəni aşıb və tərəfdaşlıq münasibətlərinə sığmayan, qarşılıqlı əməkdaşlıq prinsipinin ruhuna zidd, dözülməz hal alıb.

Bəzi ölkələrin rəsmi şəxsləri, bir sıra media orqanları və vətəndaş cəmiyyəti institutları sanki mikroskop altında Azərbaycanda problemlər axtarır, öz fəaliyyətlərini büsbütün ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil etməyə yönəldirlər. Halbuki, həmin ölkələrin özlərində insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, dini və irqi ayrı-seçkilik və digər məsələlərlə bağlı ciddi problemlər var Buna görə də hesab edirik ki, öz ölkələrində ciddi problemləri “görməyənlər”in Azərbaycana barmaq uzatmağa və yeri gəldi-gəlmədi bizi tənqid etməyə haqları yoxdur”, – Ə.Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban vermək niyyətində deyil “Azərbaycan müstəqil dövlətdir, öz siyasətini xalqın iradəsinə, milli maraqlara uyğun şəkildə həyata keçirir və bundan sonra da bütün təzyiq və təhdid cəhdləri, qeyri-diplomatik ritorika heç bir nəticə verməyəcək və bütün əsassız iddialar adekvat şəkildə cavablandırılacaq”, – Ə.Həsənov vurğulayıb.

Ana səhifəXəbərlərƏli Həsənov: “Qərbdən qorxmuruq”