Əli Həsənov orden aldı

Source:

İlham Əliyev və Əli Həsənov – Foto: president.az
İlham Əliyev və Əli Həsənov – Foto: president.az

Baş nazirin müavini 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev Baş nazirin müavini Əli Həsənovun təltif olunması haqda sərəncam imzalayıb.

Məlumatı “president.az”

yayıb

.

Sərəncama görə, Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Əli Həsənov həm Baş nazirin müavini, həm də Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədridir. 70 yaşı var. 20 ildir ki, vəzifədədir.

O, son zamanlar daha çox avtomobillə qəza törədən və bu zaman bir neçə nəfərin ölümünə səbəb olmuş nəvəsi Nail Allahverdiyev ilə gündəmə

gəli

b. Onun cavabdeh olduğu məcburi köçkünlərə gəlincə, hələ də şəraitiz yerlərdə yaşayanlar, yeni mənzillə təmin olunmağı gözləyənlər var.

Əli Həsənov İlham Əliyevin 4-cü prezidentliyi dövründə təltif etdiyi ilk məmur deyil.

Aprelin 16-da o, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yubileyi münasibətilə “Şöhrət” ordeni

verib

.

Ana səhifəXəbərlərƏli Həsənov orden aldı