Əli Həsənov Meydan TV-dən danışdı

Ələsgər Məmmədli: Onun fikirləri Azərbaycanın informasiya və KİV azadlığı imicinə çox mənfi təsir göstərə bilər

Qənimət Zahid: Bu, “bandotdel” təfəkkürüdür və dövlətin belə təfəkkürün altına düşməsi dəhşətli bir şeydir!

Source:


Ələsgər Məmmədli: Onun fikirləri Azərbaycanın informasiya və KİV azadlığı imicinə çox mənfi təsir göstərə bilər


Qənimət Zahid:


Bu, “bandotdel” t


ə


f


ə


kk


ü


r


ü


d


ü


r v


ə


d


ö


vl


ə


tin bel


ə


t


ə


f


ə


kk


ü


r


ü


n alt


ı


na d


üş


m


ə


si d


ə


h


şə


tli bir


ş


eydir!

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanmasına münasibət bildirib.

Əli Həsənov Azərtac-a açıqlamasında deyib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da KİV nümayəndələrinin fəaliyyəti müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir. Ölkə qanunvericiliyi söz və məlumat azadlığına, KİV redaksiyalarının və jurnalistlərin müstəqil fəaliyyətinə, sərbəst şəkildə informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Bununla yanaşı, həm yerli, həm də Azərbaycanda xarici KİV-ləri təmsil edən jurnalistlər və nümayəndələr öz fəaliyyətlərini qanunların çərçivəsində qurmalı, ölkə və cəmiyyət qarşısında məsuliyyətlərini dərindən dərk etməli və qeyri-qanuni addımlara yol verməməlidirlər.

Prezidentin köməkçisi bildirib ki, 2015-ci il martın 18-də “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları” təsdiq edilib. Hətta xarici KİV-lərin, onların Azərbaycandakı nümayəndəliklərinin və əməkdaşlarının elektron qaydada akkreditasiyası məqsədilə Xarici İşlər Nazirliyinin internet saytında müvafiq bölmə də yaradılıb. Təəssüf ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər. Son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanması da onları öz fəaliyyətlərini “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na uyğun qurmağa dəvət etmək məqsədi daşıyır.

Əli Həsənov deyib ki, bundan sonra da işlədiyi sahədən və peşəsindən asılı olmayaraq Azərbaycan qanunlarının tələblərini pozan hər bir şəxs barədə aidiyyəti orqanlar tərəfindən ölçü götürüləcək.

Prezidentin köməkçisinin fikirlərini Meydan TV-yə şərh edən hüquqşünas Ələsgər Məmmədli Azərbaycanda jurnalistika fəaliyyətinin konstitusion təminat altında olduğunda bildirdi: “Konstitusiyanın 50-ci maddəsi hər kəsin məlumat alma, yayma və ötürmə hüququnu təmin edir, bunun nə yerli, nə xarici vətəndaş anlamında bir məhdudiyyətin olmasını özümüzdən icad edə bilmərik. Konstitusiyanın 71-ci maddəsi də hakimiyyətin heç bir qoluna bu imkanı vermir. 50-ci maddənin müəyyən olunan hüququna ancaq Azərbaycan Respublikasının İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya qanunu ilə toxuna bilərik. Konstitusiya qanununda isə konkret hallar göstərilib. Bu, eynilə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində müəyyən olunan məhdudiyyətlərdir. Ki, xarici olmaq məhdudiyyət yaratmır. Üçüncü önəmli məqama gələk, bizdə buna qanuni  əsas kimi baxmaq mümkündür. Bu da Konstitusiyanın 50-ci maddəsi ilə bağlı “KİV haqqında qanun”un formalaşmasıdır.  “KİV haqqında qanun”unun 53-cü maddəsində xarici KİV nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyətini tənzimləyən bir norma var. Həmin normada göstərilir ki, xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən Konstitusiyanın 50-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Söhbət azərbaycanlı müxbirlərdən yox, xarici pasport daşıyan, Azərbaycana gələn və fəaliyyət göstərmək istəyənlərdən gedir. Buna uyğun olaraq müvafiq icra hakimiyyəti Azərbaycan XİN-i ola bilər. Nazirliyin akkredatsiya qaydası da yalnız xarici pasport daşıyanların fəaliyyətini tənzimləyə bilər. Amma Azərbaycan vətəndaşı istər müstəqil, istərsə də hansısa KİV orqanı üçün işləyənlərin ölkədə xüsusi akkreditasiya olunmadan informasiya toplaması və yayması bilavasitə Konstitusiyanın 50-ci maddəsinə və müvafiq Konvensiyanın 10-cu maddəsinə zidd kimi təfsir olunacaq.  Bu isə Azərbaycanın informasiya və KİV azadlığı imicinə çox mənfi təsir göstərə bilər”.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bildirib ki, cənab Həsənovun “Bandotdel”də saxlanılan jurnalistlərlə bağlı açıqlama verməsi o deməkdir ki, bu məsələ prezidentin özünə bəllidir: “Biz bank kreditini gecikdirənlərin “Bandotdel”də saxlanılmasını bilirdik. Sonra prezident özü də bu barədə danışdı və bəlli oldu ki, o, bu məsələ haqqında da məlumatlıdır. Ən qəribəsi budur ki, prezident də, onun köməkçiləri də, bütün strukturlar da gördükləri bu işin xalis qanunsuzluq olduğunun fərqində deyillər. Mən şübhə etmirəm ki, onlar jurnalistlərin işinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılmasını, sadəcə olaraq, qanunsuzluq saymırlar. Onlara elə gəlir ki, əgər prezident göstəriş verirsə, deməli, bu, qanunidir. Bu, “bandotdel” təfəkkürüdür və dövlətin belə təfəkkürün altına düşməsi dəhşətli bir şeydir! Ümumiyyətlə, son zamanlar dövlət idarəçiliyinin bu “bandotdel”ə təslim edilməsi çox ilginc məsələdir və ASAN Xidmətin astarı kimi assosiasiya olunan bu xidmətin nizamnaməsi də kimsəyə bəlli deyil. Əgər Konstitusiyaya nəzarət də bu “bandotdel” deyilən quruma verilsə, o zaman bu idarənin şefi prezidentin də, parlament sədrinin də səlahiyyətlərini icra etməlidir. Onsuz da onların heç biri öz funksiyalarına uyğun şəkildə işləmirlər”.

Ana səhifəXəbərlərƏli Həsənov Meydan TV-dən danışdı