Əli Həsənov: İnanmıram Astan Şahverdiyev o cür deyib

”O, böyük alimdir, xalqı xaricdə təmsil edir, vətənpərvər insandır”

Source:

Əli Həsənov foto sosial şəbəkə


”O, böyük alimdir, xalqı xaricdə təmsil edir, vətənpərvər insandır”


“Bilmirəm, Astan Şahverdiyev o cür ifadələr işlədib, ya yox… Əvvəla inanmıram ki, o cür deyib. Əgər deyibsə, bu, böyük qəbahətdir”.

«Report»un xəbərinə görə, bunu Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

“Onun mənə yaxın olmasının məsələyə nə aidiyyatı var?! Deputatı xalq seçir. O cür sözləri necə işlətmək olar?! Onu yaxşı tanıyıram, xalqını, vətənini sevir. Onun xanımının da müsahibəsini oxudum. Məncə, Astan Şahverdiyev müsahibəsində hər kəsi nəzərdə tutmayıb. Yəqin ki, “bəziləri” ifadəsini çıxarıblar. Özü ilə görüşməmişəm deyə konkret nəsə deyə bilmərəm. O, böyük alimdir, xalqı xaricdə təmsil edir, vətənpərvər insandır. Məncə, Astan Şahverdiyev müsahibəsində hər kəsi nəzərdə tutmayıb”.

Dekabrın 22-si Cəbrayıl rayonundan olan köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirilib. Aksiya zamanı polislə aksiya iştirakçıları arasında toqquşma baş verib. Rəsmi məlumatlara görə, hadisədə 9 polis əməkdaşı yaralanıb, 5 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Həmin qəsəbə sakinlərinin rəsmilərlə görüşündən qayıdan deputat AzadlıqRadiosuna müsahibəsində onların ünvanına ağır ifadələr işlədib. Aksiyanı içkili, nəşəli, azğın insanların əməli kimi dəyərləndirən deputat Rusiyaya işləməyə gedənləri də «cəmiyyətin tör-töküntüsü» adlandırıb.

Onun açıqlamasa rezonans yaradıb, sosial şəbəkələrdə tənqid olunub. Məsələ Milli Məcisin İntizam Komissiyasında müzakirə olunub, bundan sonra deputat dekabrın 27-də modern.az saytına müsahibəsində səhvini etiraf edərək xalqdan üzr istəyib.

Ana səhifəXəbərlərƏli Həsənov: İnanmıram Astan Şahverdiyev o cür deyib