Əli Həsənov Elnur Aslanovu sıradan çıxartdı

“Turan” hakimiyyətdaxili münasibətləri təhlil edib

Source:


“Turan” hakimiyyətdaxili münasibətləri təhlil edib

Prezident Administrsiyasının siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov öz postundan kənarlaşdırıldıqdan sonra Azərbaycan hakimiyyətinin yuxarı eşelonlarında səlahiyyətlərin yenidən bölgüsü prosesi davam edir. Bəzi məlumatlara görə, bu şöbə ləğv edilib, onun səlahiyyətləri isə uzun müddət E.Aslanovla rəqabət aparan Əli Həsənovun rəhbərlik etdiyi ictimai-siyasi şöbəyə verilib.

Aprelin 11-də Əli Həsənovun şöbəsində gənclər təşkilatları ilə iş üzrə sektorun yaradılması barədə məlumatlar yayılıb, lakin rəsmən təsdiqlənməyib.


Bu barədə məlumat yayan “Turan” İA bildirir ki, əvvəllər həmin sahəyə Elnur Aslanovun şöbəsi rəhbərlik edirdi: “Eyni zamanda,  bu gün məlum olub ki, E.Aslanova məxsus “Yurd-TV” on-line televiziyası da bağlanıb. Həmçinin KİV-də hakimiyyətyönlü “İrəli” Gənclər Birliyinə qarşı informasiya hücumları başlayıb. Bu təşkilat hər zaman Azərbaycanın yeni, müasir, öndə gedən gənclərinin siması olub və  İlham Əliyevi dəstəkləyib. Ancaq araşdırmaçı-jurnalistlər təşkilatı ABŞ-dan qrant almaqda, Amerikanın maraqlarına yardım etməkdə və pozuculuq fəaliyyətində ittiham edirlər. Məlum olur ki, “İrəli” az qala Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədə olub və amerikalılardan ABŞ-ın sifarişi ilə “rəngli inqilab”ların hazırlanmasında ittiham olunan NİDA hərəkatının aldığından daha çox yardım alıb. Halbuki, istintaq NİDA-nın ABŞ Milli Demokratik İnstitutu tərəfindən maliyyələşdirilməsi ilə bağlı sübut təqdim etməyib”.

“Turan İA” sonda bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə rəisi səviyyəsinə endirilən E.Aslanovun tərəfdaşlarının dağıdılması Ə.Həsənov qruplaşmasının qələbəsidir

Ana səhifəXəbərlərƏli Həsənov Elnur Aslanovu sıradan çıxartdı