Əli Həsənov: ”Diffamasiya haqqında” qanunun qəbulu əks effekt yarada bilər

Arif Əliyev: O zaman biz gərək qəbul edək ki, Azərbaycan cəmiyyəti gürcü və erməni cəmiyyətindən səviyyəcə qat-qat aşağı və mədəniyyətsizdir, yaxud qanunun qəbulunun heç bir mənfi proseslərə səbəb olmayacağını etiraf etməliyik

Source:


Arif Əliyev: O zaman biz gərək qəbul edək ki, Azərbaycan cəmiyyəti gürcü və erməni cəmiyyətindən səviyyəcə qat-qat aşağı və mədəniyyətsizdir, yaxud qanunun qəbulunun heç bir mənfi proseslərə səbəb olmayacağını etiraf etməliyik

“Azərbaycanda fikir, söz və mətbuat azadlığının təmin edilməsi daim dövlətin diqqət mərkəzində olub. Bu gün əminliklə demək olar ki, Azərbaycanda medianın palitrası artıq tam formalaşıb”.

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa Şurası və Avropa İttifaqının birgə “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə və media azadlığı” layihəsi üzrə keçirilən “dəyirmi masa”da çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, bu gün ölkədə çox sayda media qurumları sərbəst şəkildə fəaliyyət göstərir: “Çünki Azərbaycanda mətbuat orqanı açmaq çox asan prosesdir. Sadəcə lazım olan prosedur qaydalarına uyğun şəkildə işləri görüb buna nail olmaq olar. Azərbaycan demokratiyanın inkişaf etdirilməsi sahəsində ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq edir”.

O bildirib ki, “Diffamasiya haqqında” qanun layihələri ətrafında geniş ictimai müzakirələr təşkil olunub: “İnsanların mətbuat səhifələrində təhqir olunması məsələsinin geniş yayıldığı zamanda belə qanunun qəbul edilməsi əks effekt yarada bilər. Jurnalist peşəkarlağının artırılması istiqamətində müəyyən işlər görülməlidir. İctimai rəyin bu yeniliyə hazırlanması ilə bağlı zəruri tədbirlərin görülməsi lazım idi. Azərbaycanda belə qanun qəbul edilməsi məsələsi qapanmayıb. Hələ də bu, gündəmdə olan məsələdir. Gələcəkdə də qanun layihəsi ilə bağlı real imkanlar qiymətləndiriləcək və beynəlxalq təcrübə araşdırılacaq. Onu da nəzərə almaq lazımdır ki, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından da məhrum edir. Eyni zamanda, həmin müddəalar Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmaqdadır. Əgər söhbət onların tətbiq olunmamasından gedirsə, analoji vəziyyət Azərbaycanda da var”. (


report.az


)

Əli Həsənovun fikirlərini Meydan TV-yə şərh edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Diffamasiya haqqında” qanun layihəsinin əks-effekt verə bilər tezisinin 8-9 ildir dövriyyədə olduğunu dedi: “Bu tezis tənqidə ən az davam gətirən tezislərdən biridir.  Söhbət ondan gedir ki, guya, qanun layihəsi qəbul olunsa, o saat məhkəmə, qanun əvəzinə yumruqlar işə düşəcək, insanlar öz müdafiələrini zorakı yolla həll etməyə çalışacaq. Əvvəla, ola bilsin ki, cəmiyyətdə bir neçə nəfər belə düşüncəli adam var, lakin hakimiyyətin vəzifəsi dövləti bu iki-üç nəfərin təfəkkürünə ertibar etmək yox, qabaqcıl mövqelərə uyğunlaşıb cəmiyyəti də irəli aparmaqdır. İkincisi, əgər qonşularımıza baxsaq, bu tezisin nə qədər əsassız olduğu aydınlaşar. Gürcüstan və Ermənistanda qanun artıq qəbul olunub, heç də küçələrdə qan su yerinə axmır, zorakılıq hallarının artımı müşahidə olunmur. O zaman biz gərək qəbul edək ki, Azərbaycan cəmiyyəti gürcü və erməni cəmiyyətindən səviyyəcə qat-qat aşağı və mədəniyyətsizdir, yaxud qanunun qəbulunun heç bir mənfi proseslərə səbəb olmayacağını etiraf etməliyik”.

Arif Əliyev

O, Əli Həsənovun “Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmaqdadır” fikrini belə şərh edib: “Bəli, bir sıra dövlətlərin qanunvericiliyində müddəa qalsa da, 70-80 ildir tətbiq olunmur. İkinci, biz niyə həmişə mənfi, tərəqqiyə xidmət etməyən bir şey görəndə, president axtarırıq. Olmazmı, yaxşıya istiqamət götürək, məsələn, deyək ki, İngiltərədə 50-80 ildir bu təsdiq olunmur, postsovet respublikalarının əksəriyyətində bu məhdudlaşdırıcı noirma götürülüb. Nəhayət, Avropa Şurası tövsiyyə edir ki, məhdudlaşdırıcı normalar aradan qaldırılmalıdır”.

Arif Əliyev deyib ki, artıq qanunun qəbulu da əvvəlki illərdəki kimi xüsusi əhəmiyyət kəsb etməyəcək. Çünki jurnalistlərə qarşı cinayət işləri əksər hallarda tamam başqa maddələrlə açılır. Amma qanunun qəbulu istənilən halda ictimai mühitə msbət təsirini götərəcək.

Ana səhifəXəbərlərƏli Həsənov: ”Diffamasiya haqqında” qanunun qəbulu əks effekt yarada bilər