Əli Gülalıyevin məhkəməsi başlayır

Bir qrup şəxsin Əli Gülalıyevə hücum edərək ona bıçaq xəsarəti yetirməsi faktı araşdırılmır və buna görə heç kim məsuliyyətinə cəlb olunmayıb

Source:


Bir qrup şəxsin Əli Gülalıyevə hücum edərək ona bıçaq xəsarəti yetirməsi faktı araşdırılmır və buna görə heç kim məsuliyyətinə cəlb olunmayıb

Avqustun 29-da Xətai Rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin işi üzrə məhkəmə prosesi başlayacaq. 2014-cü il iyulun 20-də Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlər şöbəsi Ə.Gülalıyevə qarşı CM- nin 221- ci maddəsi (xuliqanlıq) ilə cinayət işi açıb. Əli Gülalıyev ötən ilin sentyabrında məktəbdə dava etməkdə ittiham olunur.

“Turan İA” məlumat verir ki, əslində ötən il sentyabrın 24-də bir qrup şəxs Əli Gülalıyevə hücum edərək ona bıçaq xəsarəti yetirib. Lakin bu fakt araşdırılmır və buna görə heç kim məsuliyyətinə cəlb olunmayıb.

O.Gülalıyev “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, həmçinin Milli Şuranın mətbuat katibidir.

Demokratik ictimaiyyət nümayəndələri əmindir ki, bu cinayət işində məqsəd O.Gülalıyevə təzyiq göstərərək onu ictimai-siyasi və hüquq-müdafiə fəaliyyətindən çəkindirməyə məcbur etməkdir.

Ana səhifəXəbərlərƏli Gülalıyevin məhkəməsi başlayır