“Növbəti seçki 2020-ci ildə olacaq”
Parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib və növbəti seçki 2020-ci ildə olacaq.
“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov deyib.
O xatırladıb ki, bu il Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.
Sosial şəbəkələrdə bu ilin payızında növbədənkənar parlament seçkilərinin keçirilmə ehtimalı barədə müzakirələr gedir. Müzakirələrə səbəb, 2025-ci ildə parlament və prezident seçkilərinin eyni vaxta təsadüf etməsi olub. Növbədənkənar seçki tərəfdarlarının fikrinə görə, əgər bu il seçki baş tutsa, 2025-ci ildə iki seçki üst-üstə düşməz.