Əli Əhmədov: Ermənistanda qarşıdurma uzun müddət davam edəcək

”Bu, kiminsə baş nazir seçilməsindən asılı deyil”

Source:
Əli Əhmədov foto report.az
Əli Əhmədov foto report.az


”Bu, kiminsə baş nazir seçilməsindən asılı deyil”

Aprelin 16-dan Ermənistanda başlayan və baş nazir Serj Sarkisyanın istefası ilə nəticələnən olaylarla bağlı susqunluq nümayiş etdirən Azərbaycan rəsmiləri proseslərin baş verdiyi üçüncü həftəsində münasibətlərini ifadə ediblər.

Baş nazirin müavini, Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov Ermənistanda daxili qarşıdurmanın uzun müddət davam edəcəyini

bildirib

(APA).

Ə.Əhmədov hesab edir ki, Ermənistandakı tənəzzül mövcud qarşıdurmalara gətirib çıxarıb:

“Çətinliklər 3-5 aya aradan qalxmayacaq. Bu, kiminsə baş nazir seçilməsindən asılı deyil. Nə qədər Ermənistan təcavüzkar siyasəti davam etdirəcək, erməni xalqı üçün bu məşəqqətlər, çətinliklər qalacaq”.

Əli Əhmədov son bir neçə gündə payızda Azərbaycanda erkən parlament seçkilərinin keçiriləcəyi barədə suala “heç bir məlumatım yoxdur” deyə münasibət bildirib. “Bildiyimə görə, parlament seçkiləri 2020-ci ildə keçiriləcək”- Əhmədov belə söyləyib.

Ermənistanın keçmiş prezidenti Serk Sarkisyan parlamentdə baş nazir seçildikdən sonra “Vətəndaş Sazişi” partiyasının sədri Nikol Paşinyanın rəhbərliyi ilə ölkədə etiraz aksiyaları başlayıb. Etirazçıların təzyiqi nəticəsində S.Sarkisyan istefa verib. N.Paşinyan baş nazir postuna namizədliyini irəli sürsə də, parlamentdə səs çoxluğu qazana bilməyib. Ermənistan parlamenti növbəti baş nazir seçkisini mayın 8-də keçirəcək.

Ana səhifəXəbərlərƏli Əhmədov: Ermənistanda qarşıdurma uzun müddət davam edəcək