Türkiyəli siyasətçi Əli Babacan

Mənbə: Milli Gazete

Başlıq: Türkiyəli siyasətçi Əli Babacan

Əli Babacan AKP-dən istefa edib

Türkiyədə iqtidarda olan AKP-nin (Ədalət və İnkişaf Partiyası) qurucularından biri, Əli Babacan partiyadan istefa verdiyini açıqlayıb, - BBC Türkçə xəbər verir.

Babacan iyun ayının sonunda Prezident Ərdoğan ilə təşkil edilmiş görüşdə partiyadan ayrılma səbəbini yazılı və şifahi şəkildə açıqlayıb.

Əli Babacan istefa açıqlamasında "Mən ağıl və ürək ayrılığı yaşadım" ifadələrini işlədib.

Səbəb olaraq isə "Türkiyə üçün yeni bir gələcək vizyonuna" ehtiyac duyulmasını göstərib və "yeni bir işə başlamanın qaçınılmaz hala gəldiyini" deyib.

Yeni partiyanın xəbərini verən Əli Babacan bunları söyləyib:

"Mən və bir çox dostum belə bir iş üçün böyük və tarixi məsuliyyət hiss edirik. Bu prosesdə eyni mənəvi və sosial məsuliyyəti hiss edən çoxlu insanla tanış olmaq çox xoş idi. İnanıram ki, qarşılaşdığımız problemlərin həlli yalnız böyük və güclü nümayəndəlik vasitəsilə mümkün olacaqdır. Birlikdə çalışmalıyıq və ümumi düşüncəni hədəf almalıyıq. Bizim işimizin müstəqil və sərbəst şəkildə həyata keçirilməsi çox vacibdir. Hər mövzuda ağ səhifələrlə işə başlamaq lazımdır".

Əli Babacan 8 iyul tarixindən etibarən 18 illik AKP üzvlüyünə son verildiyini deyib.

“Reuters” xəbər agentliyinə danışan Əli Babacanın məsləhətçilərindən biri əvvəlki Baş nazir müavini və iqtisadiyyat nazirinin 11-ci Prezident Abdullah Gül ilə birlikdə payızda yeni partiya quracağını söyləyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s7wbty

Ən çox baxılan