“Evimdə oturmuşam. Heç yerə çıxmamışam. Məni heç yerə, nə istintaqa, nə də hər hansı sorğu-suala da çağırmayıblar”. Bu sözləri virtualaz.org saytına açıqlamasında 12 Noyabrda Rabitə və Yüksək Texnologiyalar Naziri vəzifəsindən azad edilən Əli Abbasov deyib.
Sabiq nazir həmçinin mənzilində və bağ evində axtarışlar aparılması barədə KİV-lərdə yayılan məlumatları da təkzib edib.