”Vidadi Zeynalov məni şantaj edir”
Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylardan sonra dövlət başçısının sərəncamı ilə işdən çıxarılan keçmiş Rabitə və informasiya texnologiyalar naziri Əli Abbasov
unikal.org
-a qısa müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirib.
Sabiq nazir istintaqa çağrılmadığını, istirahət etdiyini deyib.
O, “Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun “oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun” fikriylə bağlı suala “Mən çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim. Bu, əslində şantajdır”,-deyə cavab verib.
2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) üzvü olub.
2004-2014-cü illərdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri vəzifəsində çalışıb.
Prezidentin 7 mart 2014-cü il tarixli Sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib, ötən ilin 12 noyabr tarixində vəzifəsindən azad olunub.