Elgiz Sadıqlı azadlığa buraxılıb

‘Sabunçu Rayon Polis İdarəsində döyülmüşəm”

Source:
Elgiz Sadıqlı
Elgiz Sadıqlı


‘Sabunçu Rayon Polis İdarəsində döyülmüşəm”

Elgiz Sadıqlı martın 25-də azadlığa buraxılıb.

Bu barədə Meydan TV-yə özü məlumat verib. O, saxlanıldığı 30 gün ərzində təzyiq görmədiyini deyib:

“Yalnız Sabunçu Rayon Polis İdarəsində döyülmüşəm. Mənə qarşı irəli sürülən ittihamları rədd edirəm. Polisə heç bir müqavimət göstərməmişəm. Ona görə qarşılaşdığım durumla bağlı apelyasiya şikayəti verəcəyəm”.

Elgiz Sadıqlı fevralın 23-də saxlanılmışdı. Ona polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilmişdi.

Fevralın 28-də Bakı Apelyasiya Məhkəməsi E.Sadıqlı barəsində verilmiş qərarı qüvvədə saxlayıb.

E.Sadıqlı məhkəmədə ona polisdə işgəncə verildiyini

söyləyib

. Bu barədə atası Əlövsət Sadıqlı da mətbuata danışıb.

E.Sadıqlı bundan öncə qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq həbs edilmişdi.

Doğmaları bildiriblər ki, Elgiz Sadıqlı qardaşı T.Sadıqlının xaricdə siyasi fəaliyyətinə görə təqib olunur. Tural Sadıqlı Azərbaycan hökumətini tez-tez tənqid edir.

Ana səhifəXəbərlərElgiz Sadıqlı azadlığa buraxılıb