Elgiz Qəhrəmanın işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılır

Məhkəmə vəkilin vəsatətini təmin edib

Source:
Elgiz Qəhrəman
Elgiz Qəhrəman


Məhkəmə vəkilin vəsatətini təmin edib

Martın 9-da Bakı Apelyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda gənc fəalın vəkili Fariz Namazlı çıxış edib. O bildirib ki, Elgiz Qəhrəmanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən tərtib olunmuş protokolda dindirilən şahidlər, əsasən də Ekspertiza Mərkəzinin əməkdaşı Gülşən Hümbətovaya verilmiş suallar, alınan cavablar  yoxdur. Vəkil Elgiz Qəhrəmanın işinin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını istəyib.

Dövlət ittihamçısı Rəsul Abbasov da buna etiraz etməyib.

Məhkəmə vəsatəti təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsi məsələyə baxıb münasibət bildirənə qədər apelyasiya şikayəti üzrə proses təxirə salınıb.

Elgiz Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay azadlıqdan məhrum edilib.

Elgiz Qəhrəman siyasi sifarişlə həbs edildiyini, ittihamın saxta olduğunu deyir. Onun barəsində olan hökmdən verilən apelyasiya şikayətində bəraət hökmünün çıxarılması istənilib.

Ana səhifəXəbərlərElgiz Qəhrəmanın işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılır