Fariz Namazlı: ”Şikayətdə ona bəraət verilməsi istənilib”
Həbsdə olan NİDA Hərəkatının üzvü Elgiz Qəhrəmanın barəsində olan hökmdən apelyasiya şikayəti verilib.
Bu barədə Meydan TV-yə açıqlama verən vəkil Fariz Namazlı deyib ki, şikayət Bakı Apelyasiya Məhkəməsinə fevralın 2-də təqdim edilib. Şikayətdə ona bəraət verilməsi istənilib. Şikayətə yaxın günlərdə baxılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgiz Qəhrəman 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün barəsində CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.