Elgiz Qəhrəmana ailəsi ilə görüşməyə icazə verilmir

Təcridxana rəhbərliyi müstəntiqin xüsusi icazəsini gözləyir

Source:

Təcridxana rəhbərliyi müstəntiqin xüsusi icazəsini gözləyir

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmana valideynləri ilə görüşməyə icazə verilməyib. Bu barədə NİDA-çı gəncin valideynləri abzas.net saytına məlumat veriblər. İstintaq təcridxanasından Elgiz Qəhrəmanın valideynlərinə bildirilib ki, müstəntiqin icazə kağızı olmadan görüşmək mümkün deyil.

Məsələni öz Facebook səhifəsində şərh edən vəkil Fariz Namazlı deyir ki, Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 063 saylı qərarının 19.1 bəndinə görə, görüşə icazə istintaq təcridxanasının rəisi tərəfindən verilir:

“Həbs edilmiş şəxslər və görüşə gəlmiş şəxslər ərizə blankları ilə müəssisənin müdiriyyəti tərəfindən təmin edilirlər.

Həmin qərarın 19.14 bəndinə görə, həbs edilmiş şəxsin müdafiəçisi istisna olmaqla, digər şəxslərlə görüşmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək üçün həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə tutulmuş və ya həbs edilmiş şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş orqanın yazılı razılığı olduqda istifadə edir.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmiş Elgiz Qəhrəmanın ailəsi, yaxın qohumları ilə görüş İstintaq Təcridxanasının rəisin tərəfindən təmin edilməlidir. Onun icazənin müstəntiqdən alınmasına dair gətirdiyi səbəb absurddan başqa bir şey deyil. Təcridxananın rəisi dəyişsə də, köhnə bürokratik əngəllər, hərcmərclik və saymazlıq deyəsən dəyişməyib. O qədər arxayınlaşıblar ki, təcridxanaya göndərilən məktublara belə cavab vermirlər. Ya Penitensiar Xidmət tərəfindən bunlara xüsusi səlahiyyət verilib ki, kefiniz istəyəni edin, ya da başqa səbəbdir”.

Ana səhifəXəbərlərElgiz Qəhrəmana ailəsi ilə görüşməyə icazə verilmir