NİDA-çının məhkəmə prosesi başlayır
Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Elgiz Qəhrəmanının məhkəməsi başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda məlum olub ki, Elgiz Qəhrəmanın hüquqlarını müdafiə edən vəkil xaricdədir. Bu səbəbdən ona Elman Ağayev dövlət hesabına müdafiəçi təyin olunub. Lakin E. Qəhrəman həmin vəkildən imtina edib. O, öz vəkilləri gələnə kimi prosesin təxirə salınmasını xahiş edib. Prokuror buna etiraz etməyib. Hazırlıq iclasında vəkilin iştirakının vacibliyini vurğulayaraq, prosesin təxirə salınmasına etiraz etməyib. Buna görə iclas dekabrın 14-nə təxirə salınıb.
E.Qəhrəman avqustun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur. E. Qəhrəman ittihamə qəbul etmir və şərləndiyini bildirir.