Elgiz Qəhrəman 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb

Vəkil Nemət Kərimov Elgiz Qəhrəmanla avqustun 19-da günortadan sonra görüşməyə cəhd edəcəyini deyib

Source:
Elgiz Qəhrəman


Vəkil Nemət Kərimov Elgiz Qəhrəmanla avqustun 19-da günortadan sonra görüşməyə cəhd edəcəyini deyib

Elgiz Qəhrəman avqustun 18-də 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə vəkil Nemət Kərimli məlumat verib.

Vəkil Nemət Kərimov Elgiz Qəhrəmanla avqustun 19-da günortadan sonra görüşməyə cəhd edəcəyini deyib.

NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman avqustun 12-də mülki geyimlilər tərəfindən saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Bir gün sonra Nərimanov Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsinə ilə Elgiz Qəhrəman haqqında 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi haqda qərar çıxarıb.

Ancaq onun yaxınları bu barədə avqustun 15-də xəbər tutublar.

Təmsil olunduğu NİDA Vətəndaş Hərəkatı yaydığı bəyanatda bildirilib ki, 15 avqust tarixində hökumət mediasında tirajlanan saxta məlumatlarda Elgiz Qəhrəmanın və dolayısı yolla NİDA Vətəndaş Hərəkatının Fəthullah Gülən və onun hərəkatına bağlılığı barədə yalan və böhtan xarakterli məlumatlar yazılandan sonra Elgiz Qəhrəmanı qarşı olan təqibin siyasi xarakterli olmasına dair şübhələri artırmışdı: “Bildirmək istəyirik ki, NİDA-nın və üzvümüz Elgiz Qəhrəmanın “Gülən” hərəkatı ilə heç bir bağlılığı yoxdur, bu iddia tamamilə uydurma və yalandır. Ehtimal edirik ki, bu iddianın ortaya atılması NİDA və onun üzvlərinə qarşı yeni repressiya dalğasının başladılması üçün zəmin rolunda istifadə oluna bilər”.

Elgiz Qəhrəman Ankara Universitetinin “Siyasi elmlər” fakultəsini bitirib, 2015-ci il parlament seçkilərində Nida Vətəndaş Hərəkatının namizədlərindən olub.

Ana səhifəXəbərlərElgiz Qəhrəman 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb