Ələsgər Məmmədli: Milli Məclisin müraciəti parlamentin buraxılması üçün əsas ola bilməz

Fuad Ağayev: “Milli Məclisin müraciəti hüquqi baxımdan tamamilə əhəmiyyətsizdir”

Source: AFU


Fuad Ağayev: “Milli Məclisin müraciəti hüquqi baxımdan tamamilə əhəmiyyətsizdir”

Parlament dekabrın 2-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin olunması haqqında prezident İlham Əliyevə müraciət edilməsi barədə qərar qəbul

edib

.

Qərarda qeyd edilib ki, deputatlar hazırda Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliklərini və islahatları dəstəkləyirlər və bu islahatlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanr. Qərarda həmçinin bildirilir ki, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciətlə əlaqədar Milli Məclisin sədrinə müraciət ediblər.

“Deputatlar indiki vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildiriblər. Öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Milli Məclis hesab edir ki, Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir”, – qərarda deyilir.

Qərarın lehinə 99 nəfər, əleyhinə 1 nəfər səs verib. Daha bir deputat bitərəf qalıb.

Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə Milli Məclisin müraciətini hüquqi baxımdan çox mübahisəli adlandırıb.

Hüquqşünas Milli Məclisin müraciətinin parlamentin fəaliyyətinin dayandırıması üçün əsas ola bilməyəcəyini deyib:

“Onlar yetərsiz olduqlarını hesab edirlərsə, 4 ildə olan fəaliyyətləri də ciddi təftiş olunmalıdır. Məsələn, “Sığorta haqqında” qanunu sığorta şirkətlərinə faydalı olması üçün qəbul ediblər, deməli, rüşvətlə səs veriblər. Eyni zamanda, yetərsiz idisə “Büdcə haqqında” qanun qüvvəyə minməməli idi. Əgər prezidentin islahatlarına adekvat deyillərsə, Ombudsmanın təyinatı da şübhəlidir”.

Ələsgər Məmmədli xatırladıb ki, Milli Məclisin nələr edə biləcəyi Konstitusiyada göstərilib:

“Məsələ ondadır ki, Milli Məclisin özünü buraxmaq haqqında müraciət etmək səlahiyyəti yoxdur. Eyni zamanda, Konstitusiyanın 71-ci maddəsinin 10-cu bəndində dövlət orqanları Ana Yasada müəyyən olunan əsaslarda yalnız qanunla məhdud çərçivədə fəaliyyət göstərirlər. Yəni deputatların Konstitusiyanı və qanunları istədikləri kimi yozma səlahiyyəti yoxdur. O cümlədən, Milli Məclis də dövlət orqanları sırasına daxildir”.

Onun fikrincə, Milli Məclis problemin səbəbini ictimaiyyətə aydın şəkildə izah etməli idi. Hüquqşünas deyib ki, deputatların kimisə istefaya göndərmək iradəsi ola bilər, ancaq qurum özünü yox saya bilməz. Konstuitusiya Milli Məclisə belə səlahiyyət verməyib.

Hüquqşüans Fuad Ağayev Milli Məclisin qərarını sualla qarşılayıb:

sayt-cover (2).png
Fuad Ağayev

“Kim deyə bilər, Milli Məclis deputatlarının seçilməsi prosesi daha qanunidir, yoxsa MM-in bütövlükdə buraxılması ilə bağlı dövlət başçısına müraciət? Qərarda qeyd edilib ki, öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Milli Məclis hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalamamalı, fəaliyyətini yenidən qurmalıdır. Halbuki, 3 gün əvvəl ölkənin əsas maliyyə sənədini – dövlət büdcəsini təsdiq edən, ombudsmanını seçən, nəhayət, Vergi Məcəlləsinə yüzdən çox düzəlişlər edən parlamentin deputatları deyirlər ki, Milli Məclis öz səlahiyyətlərini artıq icra edə bilmir! Sual olunur, büdcəni təsdiq edəndə və Vergi Məcəlləsini dəyişdirəndə, o, öz səlahiyyətlərini icra edirdi, ya yox? Bu müraciəti qəbul edəndə, o, öz səlahiyyətini icra edirdi, ya yox? Milli Məclisin fəaliyyətini aradan qaldırıla bilməyən səbəblər üzündən mümkün olmamasını təsdiq edən nə var? Bəlkə hansısa deputatların (parlamentin fəaliyyətini iflic halına salan sayda) statusuna xitam verilib? Bu suala müsbət cavab verilmədiyi təqdirdə, MM-in müraciəti hüquqi baxımdan tamamilə əhəmiyyətsizdir və onun buraxılması üçün hüquqi əsas yaratmır!”

fazil_mustafa_(1).jpg
Fazil Mustafa

Deputat Fazil Mustafa hüquqşünasların suallarını Meydan TV-yə şərh edərkən xatırladıb ki, müraciəti Milli Məclisdə çoxluq təşkil edən hakim partiyanın üzvləri hazırlayıb:

“Müraciəti imzalayan konkret insanlar var, biz də fakta baxırıq. Milli Məclisdə deputatların sayı 83 nəfərdən aşağı düşdüsə, qanunverici orqan iflic vəziyyətə düşür. Belə bir durumda yeni seçkinin təyin olunması labüddür”.

Fazil Mustafa Milli Məclisin qərarını siyasi-hüquqi adlandırıb:

“YAP sırf islahat niyyəti ilə parlamentin buraxılmasını vacib saydı. O baxımdan qərar siyasi-hüquqi qərardır. Hüquqi tərəfi odur ki, parlament üzvləri fəaliyyətlərini dayandırırsa, qanunverici orqan faktiki olaraq çalışma imkanına sahib olmur. Deməli, yeni seçki təyin olunub keçirilməlidir. Siyasi tərəfi odur ki, indiki parlament islahata dəstək verməyə hazır deyil, yeni parlament seçilməlidir”.

Ana səhifəXəbərlərƏləsgər Məmmədli: Milli Məclisin müraciəti parlamentin buraxılması üçün əsas ola bilməz