Ələsgər Məmmədli: ”İctimai asayişin qorunması baxımından sərəncam neqativ deyil”

”Kimin kimdən xoşu gəlməsə, polisə ”filankəs ictimai pozur” deyə şikayət edəcəksə, sərəncam şəxsə zərər də verə bilər”

Source:
Ələsgər Məmmədli


”Kimin kimdən xoşu gəlməsə, polisə ”filankəs ictimai pozur” deyə şikayət edəcəksə, sərəncam şəxsə zərər də verə bilər”

Daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanları ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük veriləcək.

Bu, prezident İlham Əliyevin imzaladığı “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” fərmanda əksini tapıb.

Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər.  Cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş və inzibati xəta törətdiyinə görə barəsində son bir il ərzində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslər polis orqanları ilə əməkdaşlığa cəlb edilə bilməzlər.

Polis orqanları ilə əməkdaşlıq edən şəxslərə Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil edilir.

Sərəncamı Meydan TV-yə şərh edən hüquqşünas Ələsgər Məmmədli deyir ki, Konstitusiyada vətəndaşların rejimə yönələn təhdidlərə qarşı  dirənmə hüququ var. Bu aspektdən və ictimai asayişin qorunması baxımından sərəncamda neqativ bir şey yoxdur. Yəni normal ölkələrdə vətəndaşlar polislə əməkdaşlıq edib, ictimai təhlükə doğuran təhdidlər barədə zamanında polisə məlumat çatdırır.

Ancaq hüquqşünas sui-istifadə hallarının mümkünlüyünü də istisna etmir: “Çalışmaq lazımdır ki, sui-istifadəyə yol verəcək heç nə olmasın. Onsuz da ictimai asayişlə bağlı texnoloji investisiya qoyulub, hər küçədə, meydanda müşahidə kameraları var. Bu mənada faktoloji məqamlar mübahisələnə bilər. Əks halda, kimin kimdən xoşu gəlməsə, polisə “filankəs ictimai pozur” deyə şikayət edəcəksə, sərəncam şəxsə zərər də verə bilər”.

Ana səhifəXəbərlərƏləsgər Məmmədli: ”İctimai asayişin qorunması baxımından sərəncam neqativ deyil”