Mənbə: polymus.ru

Elektrik müharibənin qurbanı kimi

Qarabağın müharibədən sonrakı həyatında bütün çətinliklərə enerji böhranı da qoşulub.

Sülh sazişinə qol çəkildikdən sonra qondarma “Dağlıq Qarabağ Respublikası”nda su elektrik stansiyalarının böyük hissəsi sıradan çıxıb – 36 stansiyadan cəmi 6-sı işləyir.

“Kavkazski uzel”in materialları əsasında

Yerli hakimiyyət bəyan edir ki, sıradan çıxmayan su elektrik stansiyalarının gücü əhalini elektriklə təmin etmək üçün yetərli deyil.

Bəzi kəndlər həftələrlə elektriksiz yaşayır, Laçın dəhlizində yerləşən Aqavno kəndində artıq iki həftədir ki, işıq yoxdur.

“Hökumətimiz elektrik enerjisinin və qazın pulsuz olacağını vəd edib, lakin bizdə bunların heç biri yoxdur. Araik Arutyunyan (qondarma DQR-in de-fakto prezidenti) vəd edib ki, adamlarla danışmağa gələcək. Adamlar yığıldı, lakin bura heç kəs gəlmədi”, – “Kavkazski uzel”ə bu kəndin qadın sakini deyib, o, adının çəkilməməsini xahiş edib.

Yerli camaat odun yığmaq məcburiyyətindədir.

De-fakto hakimiyyət həqiqətən də sakinlərə 2021- ci ilin sonunadək mövsümdən asılı olaraq, hər ay pulsuz 60-180 kubmetr qaz, 300-500 kilovatt işıq işlədə biləcəklərini vəd edib. Bundan başqa, mobil əlaqə abonentlərinə ayda üç saat pulsuz danışıq vəd edilib.

Qondarma Dağlıq Qarabağın nəzarəti altında əsas etibarı ilə zəif gücə malik su elektrik stansiyaları qalıb ki, nəticədə elektrik enerjisinin qıtlığı yaranıb, – bu barədə İqtisadiyyat Nazirliyinin yerli məmuru Levon Qabrielyan bəyan edib.

“Müharibəyə qədər 36 su elektrik stansiyası işləyib. Ərazilərin itirilməsi nəticəsində altı işlək su elektrik stansiyası qalıb. Onlardan biri – Sarqansk (Sərsəng) su elektrik stansiyasının gücü 50 MVt-dır. Yerdə qalan stansiyaların potensialı 25 MVt-dir, lakin çaylarda suyun səviyyəsinin aşağı olduğu üçün indi ümumi emal olunan güc 5,5 MVt-dir”, – “İnterfaks” onun sözlərini sitat gətirir.

Qabrielyan əlavə edib ki, Ermənistandan elektirikin ötürülməsi xətlərinin bərpası üzrə işlər tamamlanır ki, bundan sonra SES-nın yükü azalacaq. Nəticədə Dağlıq Qarabağ əhalisinin elektrik enerjisinə olan tələbatının tamamilə ödəniləcəyi ehtimal olunur.

O, hazırda Dağlıq Qarabağ sakinlərinin neçə faizinin elektriksiz qaldığını dəqiqləşdirməyib. “Stepanakert, Mardakert və Əsgəran rayonlarında işıq var, Martuni rayonunun bir çox kəndində işıq yoxdur”, – o, “ArmTimes”-a müsahibəsində söyləyib və əlavə edib ki, minadan təmizlənmə həyata keçirilmədən kəndləri yenidən elektriklə təmin etmək alınmayacaq. Yeni SES-lər də tikmək mümkün olmayacaq – bütün imkanlar praktiki oaraq mürəkkəf relyefə görə tükənib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mzyj4l

Ən çox baxılan