Elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranıb (yenilənib)

Metronun iki stansiyası bağlıdır

Source:
Bakıda işıqlar sönən zaman
Bakıda işıqlar sönən zaman

***


“Azenerji” ASC-nin rəhbəri

Etibar Pirverdiyev

baş vermiş olayla bağlı virtualaz.org-a açıqlama verib.


O, deyib ki, eyni vaxtda Yevlaxda və Ağsuda elektrik xətlərinin altında yanğının başlaması çoxsaylı suallar doğurur:


“Nəyə görə birdən-birə iki yerdə? Biz Bakıya və Sumqayıta elektrik enerjisinin ötürülməsini dayandırmağa məcbur olduq. Hazırda yanğının aradan qaldırılması üzrə işlərin başa çatmasını gözləyirik”.


E.Pirverdiyev Mingəçevir İEM-də heç bir problem olmadığını bildirib.

***



“Azərenerji” ASC

mövcud vəziyyətlə əlaqədar məlumat yayıb.


Bildirilib ki, saat 15-30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi və eyni zamanda Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xəttlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilib.


Mərkəzi Dispetçer İdarəsinə daxil olan məlumat əsasında, “Azərbaycan” İES və Mingəçevir SES-nə Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli, 220 kV-luq Qəbələ, 220-KV-luq Ağsu və 330 kV-luq 1-ci Abşeron hava xəttləri yanğına məruz qaldığı üçün, baş verə biləcək ağır qəzanın qarşıısını almaq məqsədilə dispetçerlər tərəfindən dövrədən ayrılıb.


Digər 500 kV-luq 2-ci Abşeron Hava xəttində isə yanğının təsiri nəticəsində qısaqapanma baş vermiş və xəttin mühafizəsi tərəfindən dövrədən ayırıblar.


Qeyd olunur ki, yüksək gərginlikli 220-500 kV-luq hava xətlərin altında törədilmiş hər hansı bir yanğının (onun istər başlanğıcı istərsə də inkişafı dövründə) nəticəsində hava xəttinin məftilləri ilə yer arasındakı hava izoliyasiyasının elektrik möhkəmliyini kəskin dərəcədə azalır. Havanın temperaturunu və yanğın nəticəsində əmələ gəlmiş tüstünün tərkibini nəzərə alsaq, ərazidən keçən xəttin izoliyasiyasının elektrik möhkəmliyinin tədricən aşağı düşməsi, məftillə yer arasında qısaqapanmaya gətirib çıxarır. Yanğından baş verən qisaqapanmanın aradan qaldırılması üçün xətt dövrədən açılır. Xətt təkrar qoşma avtomatı tərəfindən vurulduqda yanğının davam etməsi nəticəsində xətt yenidən açılır. Son nəticədə xəttin dövrəyə qoşulması mümükünsüz olur. Beləliklə, yanğın nəıticəsində əsas güc ötürücü xəttlərinin dövrəyə qoşulması mümükün olmur ki, bu da sistemin dayanıqlığının itirilməsi üçün böyük təhlukə yaradır.


Yanğın nəticəsində sistemin dayanıqlığının qorunub saxlanılması üçün lazımi tədbirlər görüldüyü bildirilib.


***


Metronun iki stansiyası bağlıdır

Bakıda və Azərbaycanın bir sıra ərazilərində iyulun 12-də yenidən elektrik enerjisinin verilməsində məhdudiyyətlər olub.

Enerjinin təminatında kəsilmələr bəzi yerlərdə 15-20 dəqiqə arasında müşahidə olunub.

“APA” informasiya agentliyinin məlumatına görə, kəsintilərə səbəb Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın olub.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlının sözlərinə görə, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası- “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işləmir və sərnişinləri qəbul etmir. Onun sözlərinə görə, bu gün saat 16:10 radələrində elektrik enerjisi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttində – “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları arasında qatarların hərəkəti mümkün olmayıb.

İyulun 2-i və 3-də Mingəçevirdə “Azərbaycan İstilik Stansiyasında” yanğın ölkənin əksər ərazisində elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə səbəb olub. Bununla bağlı xüsusi müşavirədə prezident İlham Əliyev “Azərenerji” ASC-nin sədri Etibar Pirvediyeviə baş verənlərə görə utanmalı olduğunu bildirərək, kəskin tənqid edib.

Ana səhifəXəbərlərElektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranıb (yenilənib)