Ələkbər Qurbanov barəsindəki hökm qüvvədə qaldı

Nardaran hadisələrinə görə həbs edilən şəxsin apellyasiya şikayəti təmin edilmədi

Source:
Nardaran
Nardaran


Nardaran hadisələrinə görə həbs edilən şəxsin apellyasiya şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsi Nardaran hadisələrinə görə tutulan Ələkbər Qurbanovun barəsində hökmdən verilən şikayəti təmin etməyib. Bu barədə vəkil Osman Kazımlı Azadlıq Radiosuna bildirib.

Onun sözlərinə görə, hakim şikayəti təmin etməyərək, Suraxanı Rayon Məhkəməsinin çıxardığı hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ikisi polis, dördü mülki vətəndaş olmaqla 6 nəfər həyatını itirib.

Bundan sonra irimiqyaslı həbslər başlayıb. Əsasən dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatının rəhbər və və sıravi üzvləri həbsə məruz qalıblar. Təşkilatın sədri Tale Bağırov və tərəfdarları həbs edilib. Ölkə prokurorluğu Nardaran hadisələrilə bağlı 70-ə yaxın şəxsin həbs edilməsi barədə ictimaiyyətə açıqlama verib.

Bu sırada həbs edilənlərdən biri də Ə.Qurbanovdur. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

Sabunçu Rayon Məhkəmənin hökmü ilə Ə.Qurbanov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərƏləkbər Qurbanov barəsindəki hökm qüvvədə qaldı