5 ayın əsgəri olan 18 yaşlı Məmmədağa Məlikzadə ölüb. Ailəsinə hərbçinin Daşkəsən “N” saylı hərbi hissəsində intihar etdiyi deyilib.
Hərbçi sentyabrın 7-də Binəqədi rayonunda dəfn olunub. Onun cansız bədənini görən yaxınları intihar etdiyinə inanmır.
Hərbçinin ölümü ilə bağlı Müdafiə Nazirliyi məlumat yaymayıb.