Eldəniz Quliyevin ölkədən çıxışına qadağa qoyuldu (yenilənib)

“Mənə polisdən zəng ediblər, həbs qətimkan tədbiri məsələsinə baxılacaq”

Source:


18.40.

Eldəniz Quliyev Meydan TV-yə bildirib ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilın prosesdə onun ölkədən kənara çıxmaması haqqında iltizam qətimkan tədbiri seçildi: “Yəni mən Azərbaycanı tərk edə bilmərəm. Bir sözlə, məhkəmə nazir Ramil Usubovun vəsatətini təmin etdi”.


***


“Mənə polisdən zəng ediblər, həbs qətimkan tədbiri məsələsinə baxılacaq”

Sentyabrın 10-da Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev DİN rəhbəri Ramil Usubovun iddiası haqqında iş üzrə təcili olaraq Nəsimi rayon məhkəməsinə çağırılıb.

“Mənə polisdən zəng ediblər və bu gün (sentyabrın 10-da) saat 17:30-da Nəsimi rayon məhkəməsinə çağırıblar. Məhkəmədə həbs qətimkan tədbiri məsələsinə baxılacaq”, – deyə Quliyev “Turan İA”A bildirib.

Sentyabrın 8-də Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyilə daxili işlər naziri Ramil Usubovun Eldəniz Quliyevdən şikayətinə baxılıb və  linqvistik ekspertiza təyin edib.

Səbəb Eldəniz Quliyevin avqustun 20-də Facebook səhifəsində yol polisinin əməllərini tənqid etməsi olub.

Məhkəmədə Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işi açıldığı elan olunub. 147.1 maddəsinə görə, 100 manatdan 500 manata qədər cərimə, 240-480 saata qədər işləmək, 6 aylıq həbs müddəti. 148-ci maddə isə 300 manatdan min manata qədər cərimə, 6 ay həbs müddəti, 240-480 saat işləmək nəzərdə tutulur.

E.Quliyev hesab edir ki, bu cinayət təqibi siyasi motivlidir və onun Ziyalılar Birliyinin rəhbəri və Milli Şuranın üzvü kimi ictimai-siyasi fəaliyyəti ilə bağlıdır.

Ana səhifəXəbərlərEldəniz Quliyevin ölkədən çıxışına qadağa qoyuldu (yenilənib)