Məhkəmə heyəti növbəti prosesi oktyabrın 29-u saat 16:00-a təyin edib
Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin 22 oktyabra təyin edilən məhkəmə prosesi təxirə salınıb.
Meydan TV-nin hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, Eldəniz Quliyevin vəkili Elçin Sadıxovun prosesdə iştirak edə bilməməsi hakimin təxirəsalma qərarı verməsinə səbəb olub.
Məhkəmə heyəti növbəti prosesi oktyabrın 29-u saat 16:00-a təyin edib.