Eldəniz Quliyev izlənildiyini deyir (VİDEO)

Oktyabrın 15-də Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun kinorejissor Eldəniz Quliyevə qarşı qaldırdığı şikayətə baxılıb.  Hakim Şəlalə Həsənova kinorejissorun ölkədən çıxışına qoyulan qadağanın götürülməsi  ilə bağlı vəsatəti təmin etməyib.

Eldəniz Quliyev ona qarşı təxribatın planlaşdırıldığını açıqlayıb.

Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Lakin müraciətdə Azərbaycan polisi ilə bağlı sərt ifadələr yer alıb. Bundan sonra R.Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin təhqir və böhtan maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə şikayəti xüsusi ittiham qaydasında icraata qəbul edib.

Ana səhifəVideoEldəniz Quliyev izlənildiyini deyir (VİDEO)