Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin məhkəmə prosesi keçirilb.
Nəsimi Rayon məhkəməsinin çıxardığı hökmə əsasən Azərbaycan Ziyalılar Birliyinin sədrinə 480 saat ictimai iş və 1000 manat cərimə cəzası kəsilib.
Kinorejissoru daxili işlər naziri Ramil Usubov xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. İddiaya görə Eldəniz Quliyev polislərin nüfuzuna xələl gətirmişdi. Lakin ittiham olunan bunu təkzib edirdi.