Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov saxlanıldı (Yenilənib)

Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən siyasi bəyanatla istefa verən Rüfət Səfərov saxlanılıb

Source:


Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov bu gün məhkəmə qarşısına çıxarılıb.

R. Səfərovun vəkili APA-ya bildirib ki, Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun verdiyi təqdimata baxılıb.

Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən siyasi bəyanatla istefa verən Rüfət Səfərov saxlanılıb.

***

Bu barədə AzadlıqRadiosuna keçmiş müstəntiqin yaxınları məlumat verib.

Məlumata görə, Rüfət Səfərov dindirilmək üçün Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağrılıb və saxlanılıb. Ona təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar elan olunub. Həmçinin barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda bu barədə məhkəmə qərarının çıxarılacağı gözlənilir.

Bu gün səhər saatlarında prokurorluqda Rüfət Səfərov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə cinayət işi başlandığını məlum olmuşdu.

Rüfət Səfərov isə ittihamı qəbul etmir və onu absurd sayır. Keçmiş müstəntiq bildirib ki, həbsdən, hətta işgəncələrdən belə çəkinmir:

“Ümidvaram ki, xalqım, azad media, vətəndaş cəmiyyətinin sıradan çıxarılmamış nümayəndələri, siyasi partiyalar, bir sözlə, vicdan və ədalət hissini gözardı etməyən insanlar məni mübarizədə tək qoymayacaqlar”.

Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, prokurorluqdan istefa verdiyini açıqlayandan dərhal sonra Baş Prokurorluq tərəfindən onun çalışdığı Zərdab Rayon Prokurorluğuna yoxlama göndərilmişdi. Ardınca da Rüfət Səfərovun yaşadığı evdə axtarış aparıldı, kompüteri və telefonu götürülmüşdü. Bugünlərdə isə Zərdab rayonunun prokuroru vəzifəsindən azad edildi.

Ana səhifəXəbərlərEldar Sabiroğlunun oğlu Rüfət Səfərov saxlanıldı (Yenilənib)