Eldar Sabiroğlunun oğlu aclığa başladığını deyir

“Bəyan edirəm ki, bundan sonra zəng edib və ya sosial şəbəkədəki profilimə yazıb, mənə suallar verməsinlər”

Source:


“Bəyan edirəm ki, bundan sonra zəng edib və ya sosial şəbəkədəki profilimə yazıb, mənə suallar verməsinlər”


Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən oğlu Rüfət Səfərovun mənzilində axtarış aparılması, əmlakının müsadirə edilməsi barədə xəbər yayılıb.

Gecə saatlarında musavat.com-un əməkdaşı ilə əlaqə saxlayan R.Səfərov bildirib ki, bu saatdan etibarən aclıq aksiyasına başlayır. Onun sözlərinə görə, evində və iş yerində aparılan axtarış, bu zaman yol verilən qanunsuzluqlar ona çox pis təsir edib. Təzyiqinin qalxdığını bildirən R.Səfərov “sabah məni saxlasalar da, müqavimət göstərə bilməyəcəm”,  deyib: “Hələ ki oturmuşam yerimdə. Sabah millətimə və cənab prezidentə müraciət edəcəyəm. Barəmdə alçaldıcı formada nəsə deyilsə belə, susacağam və cavab verməyəcəyəm. Etirazımı aclıq aksiyası keçirməklə ifadə edəcəyəm. 48 saat ərzində ölkədəki bütün media mənsublarına mənə verdikləri informasiya dəstəyinə görə təşəkkür edirəm. Amma bəyan edirəm ki, bundan sonra zəng edib və ya sosial şəbəkədəki profilimə yazıb, mənə suallar verməsinlər. Kimsə əyani surətdə məni görmək istəyirsə, Zərdabdayam”.

Müstəntiq musavat.com vasitəsilə bu məsələ ilə maraqlananlara da müraciət edib: “Kim mənimlə maraqlanır, Zərdabdayam. Burdan onu da deyirəm ki, bir neçə saat öncəyə qədər Zərdabda müstəntiq idim. Məhkəmənin qərarı olmadan gəlib hər yerdə axtarış apardılar. Sabah səhər nələr olacaq, bundan sonra nələr edəcəklər, bilmirəm. Aclığa başladım. Allah nə qədər imkan verəcək, yaşayacam”.

Ana səhifəXəbərlərEldar Sabiroğlunun oğlu aclığa başladığını deyir