Eldar Mahmudovun məmur qohumu Beytulla Hüseynov həbs olundu

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 308.1-ci və 313 maddələri ilə cinayət işi açılıb

Source:


Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2, 308.2,  308.1-ci və 313 maddələri ilə cinayət işi açılıb

Bu barədə məlumat yayan APA xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə Beytulla Hüseynovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. B.Hüseynov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır.

B. Hüseynov bir neçə gün öncə rabitə və yüksək informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə vazifəsindən azad edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.

Ana səhifəXəbərlərEldar Mahmudovun məmur qohumu Beytulla Hüseynov həbs olundu