MTN generalı Elçin Quliyev Eldar Mahmudovun onunla məxfi yolla görüşmək istədiyini deyib
“Eldar Mahmudov Zakir Qaralovla razılaşdı. Razılıq alındıqdan sonra Mətləb Mustafayevin mənzilinə tapança qoyuldu. Onun həbsinin sifarişini Eldar Mahmudov verib. Mətləb Mustafyevin istintaqını mən aparmamışam”.
Bu sözləri ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi olmuş, general Elçin Quliyev deyib.
Noyabrın 24-də Elçin Quliyevlə həmin idarənin polkovniki Azər Mehdiyevin növbəti iclası keçirilib. İclasa jurnalistlər buraxılmayıb.
Zərərçəkən Mətləb Mustafayevin jurnalistlərə verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi iclasda çıxış edən zərərçəkmişlərin vəkilləri mülki idddianın təmin edilməsini istəyiblər.
E.Quliyevin və A.Mehdiyevin vəkilləri isə onların təqsirsiz olduğunu, ittihamların məhkəmədə sübuta yetirilmədiyini deyiblər. Onlara bəraət verilməsini, əmlakların üzərində olan həbsin götürülməsini istəyiblər.
Prosesdə E.Quliyev əsəbiləşib. Deyib ki, təqsiri olmadığı halda, iki ilə yaxındır həbsdədir. E.Quliyev deyib ki, zərərçəkmiş şəxs Mətləb Mustafeyevin həbsi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla Baş prokuror Zakir Qaralov arasında razılaşmadan sonra həyata keçirilib.
Ötən iclasda isə E. Quliyev deyib ki, Eldar Mahmudov vəzifədən azad olunandan sonra onunla məxfi yollarla görüşmək istəyib, lakin o razılaşmayıb.
Proses noyabrın 27-də davam edəcək.
E.Quliyev CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham edilir.
Prokuror E.Quliyevin 15, A.Mehdiyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror onların hərbi rütbələrinin alınması, əmlaklarının müsadirəsini də
istəyi
b.