Elçin Şıxlı Viktoriya Nulandla görüşüb

“Xanım Nuland dedi ki, dövlət başçısının Rusiya tərəfə meyl etmək fikri yoxdur”

Source:


“Xanım Nuland dedi ki, dövlət başçısının Rusiya tərəfə meyl etmək fikri yoxdur”

Fevralın 17-də ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland hazırda fəaliyyəti dayandırılmış “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı ilə də görüşüb. Meydan TV-nin suallarını cavablandıran Elçin Şıxlı deyib ki, təxminən 15-20 dəqiqəarası görüş olduğundan incəliklərə tam varmaq mümkün deyildi: “Medianın durumu, bu sahədə qanunların necə olduğu və işləmə mexanizmi ilə bağlı maraqlandı. Jurnalistlərin hansı səviyyədə bilikli olduqları ilə maraqlandı. Həbsdəki jurnalistlərlə bağlı da danışdıq. Xanım Nuland bu barədə informasiyanı yalnız bizdən almadı, hamısını bilir. Onlar dialoqun dərinləşməsini və genişlənməsini istəyirlər”.

“Bu görüşün bəhrəsi olacaqmı” sualını Elçin Şıxlı belə cavablandırıb: “Bilirsiniz, bu gün axşam, yaxud sabah səhər bəhrəsi olacaq, deyə bilmərəm. Müəyyən müddət keçəcək. Çünki indi xanım Nuland bölgəyə səfər edir. Həm də məsələlərə Ukrayna və başqa hadisələr kontekstində baxılmalıdır. O tərəfdən Rusiyanın “əl-ayağını” yığışdıra bilsələr, proseslər rahat gedəcək. Çünki Ukraynadakı hadisələr postsovet ölkələrinin Avropa Birliyinə doğru getməməsi üçündür. Ona görə burdakı vəziyyətə həmin kontekstdə yanaşırlar. Viktoriya Nulandın söylədiklərindən belə başa düşdüm ki, prezidentlə görüşüb gəlmişdi. Xanım Nuland dedi ki, dövlət başçısının Rusiya tərəfə meyl etmək fikri yoxdur, bizim məşhur balanslaşdırılmış siyasətimiz qalacaq və demokratiya və Qərb modelinə üstünlük veriləcək. Onun görüşdən aldığı təəssürat budur”.

Ana səhifəXəbərlərElçin Şıxlı Viktoriya Nulandla görüşüb