Elçin Şıxlı: ”Rauf yazılarına görə cəza çəkir” (VİDEO)

Bakı Ağır Cinayətlər Məhkəməsi dekabrın 28-də həbsdə olan jurnalist Rauf Mirqədirova 6 il hökm oxuyub.

Dövlət ittihamçısı jurnalistə 7 il iş istəmişdi.

Rauf Mirqədirov 2014-cü il, aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub və dərhal da həbs olunub.

O dövlətə xəyanətdə, Ermənistanın xeyrinə casusluq etməkdə ittiham olunur.

Rauf Mirqədirov və onun yaxınları ittihamı rədd edir və jurnalistin həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyirlər.

Ana səhifəVideoElçin Şıxlı: ”Rauf yazılarına görə cəza çəkir” (VİDEO)