Məhkəmə prokurorluğun təqdimatını təmin etdi
Binəqədi Rayon Məhkəməsində vəkil Elçin Sadıqov və “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı haqqında gecə saat 4:30-da həbs qərarı verilib. Hər birinin barəsində prokurorun verdiyi təqdimatı hakim Fərid Əmirəliyev təmin edib və ibtidai istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Əvəz Zeynallının vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, qərar əsassızdır, ondan apelyasiya şikayəti veriləcək.
Elçin Sadıqovun vəkilləri Şəhla Hümbətova və Bəxtiyar Hacıyev də qərardan şikayət verəcəyini bildirib.
Həm Elçin Sadıqov, həm də Əvəz Zeynallı məhkəmədə özlərini təqsirli bilmədiklərini, ittihamı qəbul etmədiklərini bildiriblər.