Elçin Behbudov saxlanılan dindarlarla görüşüb

“Rəis bildirib ki, saxlanılanlar inzibati məsuliyyətə cəlb olunacaq və məhkəmə qarşısında dayanacaq”

Source:


“Rəis bildirib ki, saxlanılanlar inzibati məsuliyyətə cəlb olunacaq və məhkəmə qarşısında dayanacaq”

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov Sabunçu Rayon Polis İdarəsinə gedərək, 5 dindar ilə görüşüb.

E.Behbudov “Turan İA”-a bildirib ki, saxlanılanlar polisdə onlarla pis davranmadıqlarını deyiblər. Öz növbəsində polis rəisi bildirib ki, noyabrın 5-də saat 22:30-da “Həzrəti Abbas” məscidinin axundu Elçin Qasımov idarəyə aparılıb. Buna səbəb polisi təhqir etməsi olub.

Daha sonra 50-yə yaxın adam idarənin qarşısına toplaşaraq ictimai asayişi pozmağa başlayıb. Bununla əlaqədar polis tədbir görüb, bir neçə nəfər saxlanılıb.

Rəis E.Behbudova bildirib ki, saxlanılanlar inzibati məsuliyyətə cəlb olunacaq və məhkəmə qarşısında dayanacaq.

E.Qasımova gəlincə, E.Behbudov orada olduğu zaman E.Qasımov polisdə olmayıb. E.Behbudov onun harada olduğunu deməyib.

Ana səhifəXəbərlərElçin Behbudov saxlanılan dindarlarla görüşüb