Elçin Behbudov Arif Yunusla görüşüb

Elşən Mustafayev saxlanma şəraitindən və ona qarşı rəftardan şikayət etməyib. Lakin o, dövlətə xəyanət ittihamını təkzib edib

Source:


Elşən Mustafayev saxlanma şəraitindən və ona qarşı rəftardan şikayət etməyib. Lakin o, dövlətə xəyanət ittihamını təkzib edib

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu gün MTN İstintaq Təcridxanasında monitorinq çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri, dövlətə xəyanətdə ittiham olunan Elşən Mustafayevə baş çəkib.

Behbudovun “Turan İA”ə verdiyi məlumata görə, həbs edilmiş şəxs saxlanma şəraitindən və ona qarşı rəftardan şikayət etməyib. Lakin o, dövlətə xəyanət ittihamını təkzib edib.

Behbudov həmçinin Suriyada İŞİD tərkibində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunan Kamran Əzizov və Vidadi Sultanovla görüşüb. Onlar da saxlanma şəraitindən şikayət etməyiblər.

Əzizov İŞİD-də iştirakından peşman deyil.

Sultanov isə Suriyaya getdiyinə görə peşmandır. Onun sözlərinə görə, o, yalnız təlim keçib, döyüş əməliyyatlarında iştirak etməyib.

Behbudov həmçinin məşhur konfliktoloq Arif Yunusovun vəziyyəti ilə maraqlanıb: “Onun vəziyyəti normaldır”.

Ana səhifəXəbərlərElçin Behbudov Arif Yunusla görüşüb