247 nəfərin cəsədi tapılıb
Əlcəzairdə hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Lenta.ru saytının
məlumatı
na görə, qəzadan sağ çıxan olmayıb və ən azı 200-dən çox adam həlak olub. İndiyə qədər 247 nəfərin cəsədi tapılıb.
Bildirilir ki, təyyarədə 250 adam olub.
Qəza aprelin 11-də səhər saatlarında baş verib.
Rusiya istehsalı olan İl-76 təyyarəsində Əlcəzair ordusunun hərbiçiləri olublar. Təyyarə paytaxdan 30 km aralı olan Blid şəhərinin yaxınlığında kənd təssərüfatı zonasında düşüb.
2014-cü ildə Əlcəzairdə hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 123 nəfər ölmüşdü.