Noyabrın 6-da Yasamal Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə Leyla Yunusun keçmiş kamera yoldaşı Nuriyyə Hüseynovanın iddiası əsasında vəkil Əlayif Həsənova qarşı məhkəmə prosesi başa çatıb.
Məhkəmə Ə.Həsənovu 240 saatlıq ictimai işə cəlb etmək haqda qərar çıxarıb.
Xatırladaq ki, vəkil Nuriyyə Hüseynovanın təcridxanada Leyla Yunusa qarşı fiziki zorakılıq etməsi haqda mətbuata açıqlama vermişdi. Onun açıqlaması “Azadlıq” qəzetinin 2014-cü il 17 sentyabr sayında dərc olunuşdu. Sonradan Nuriyyə Hüseynova vəkilin onu “cinayətkar”, “residivist” adlandırmasını “təhqir olunması” kimi qəbul edib.
Ə.Həsənov məhkəmə qərarını ədalətsiz və qanunsuz adlandırıb. Onun sözlərinə görə, Yasamal rayon məhkəməsinin ümumiyyətlə bu işə baxmaq hüququ olmayıb.