İnsanların son bir neçə ildə hüquqlarının qorunması hansı xətlə irəliləyib?
- “Məhkəməyə gedən bütün işlərin cəmi 20 faizi ədaləti tapa bilir. Elə maneələr yaradıblar ki, vətəndaşlar üzləşdikləri haqsızlıqları məhkəmələrdə mübahisələndirə bilməsinlər. Hakim sayı artırılır, amma iddia ərizələrinə baxan yoxdur”.
- Ən sadə məsələdə belə ölkə vətəndaşının informasiyaya əlçatımlılığı yoxdur. Polis bölməsində saxlanılan şəxsin ailəsi günlərlə onu axtarıb tapa bilmir. İşığı sönən sakinlər səbəbini dövlət qurumundan öyrənə bilmir.
- Azərbaycan vətəndaşı belə hesab edirdi ki, ölkədə yetərli maaş, pensiya olsa, ucuzluq olsa, o zaman nə seçki hüququna, nə sərbəst toplaşmaq hüququna, nə də ədalətli mühakimə olunmaq hüququna ehtiyac var. Amma son 3-4 il bunu göstərdi ki, insanların siyasi hüquqlarını əlindən alanda, növbəti addım kimi sosial hüquqları da əlindən alınır.