Nazim Ələkbərov 20 yanvar hadisələrinin canlı şahididir. 25 il keçməsinə baxmayaraq, həmin gün sürdüyü “Zaporoje” markalı maşınını bu günə qədər saxlayır.
Bu saatın əqrəbləri isə həmin gecədən dayanıb. Nazim bəy deyir ki, Kremlə, Qorboçova, indiki Kommunist Partiyasına dəfələrlə məktub yazıb, özünə dəydiyi zərərin qarşılığını istəyib. Məqsədi isə başqa olub.
O dövrdə aldığı zədələrin izini hələ də bədənində daşıyır. Nazım bəy deyir ki, ömürlük ikinci qrup əlilliyi var.
Nazim bəyin arzusu 20 yanvarda baş vermiş qətliamın təkcə respublika daxiində yox, bütün dünyaya çatdırılmasıdır. Onun sözlərinə görə, bu günlərdə istiqlal muzeyindən gəlib maşının ölçülərini götürüblər. Tankın altında əzilmiş maşın indi muzeydə eksponat kimi qorunub saxlanacaq.