2014-cü ildə taxıl sahələrinə 76 milyon manat subsidiya ayrılıb
Avqustun 2-də İqtisadiyyat Nazirliyində taxıl istehsalçıları və aidiyyəti dövlət strukturlarının iştirakı ilə görüş keçirilib.
“Turan” yazır ki, iclasda çörəyin qiymətinin sabit saxlanması müzakirə olunub.
İclas çörəyin qiymətinin 25% bahalanmasından sonra baş verib.
2016-cı il yanvarın 15-dən etibarən prezident İlham Əliyevin tapşırığı ilə buğda idxalı və satışı, un və çörək satışı ƏDV-dən azad edilib.
Bu, taxılın və unun ucuzlaşması ilə nəticələnib. Bundan başqa, 2015-cı ildə Azərbaycanın aldığı Rusiya buğdası 220, 2016-cı ildə 140 dollar olub.
2008-ci ildə əhalinin çörəklə təminatı və qiymət sabitliyini qorumaq üçün Dövlət Taxıl Fondu (DTF) yaradılıb.
İlkin olaraq, Fond 200 min ton taxıl qəbul etməli idi. 2014-cü ildə kvota 500 min ton, 2015-ci ildə 750 min ton olub.
DTF yerli taxıl almır. Azərbaycanda 3-cü sinif taxıl istehsal olunmur. DTF-yə FHN nəzarət edir.
Kənd Təsərrüfatı Nairliyi 2015-ci ildə 2 mln 999 min ton taxıl istehsal edildiyini bildirir. Bu il bu göstərici 3 mln tona çatdırılmalıdır.
Ekspertlər bu rəqəmə şübhə edir. Azərbaycanın ərzaq və yemlik taxıla ehtiyacı 2,5 mln tondur. İdxalı da hesaba alanda bu rəqəm 4,3 mln olur.
Kənd Təsərrüfatı Nazirliyinə görə, 2014-cü ildə 951 min 642 hektardan məhsul yığılıb. Hər hektara 80 manat ayrılır. Bu isə 76 mln manat deməkdir.
“Turan” agentliyi ölkədə ərzaq buğdası istehsal edilmədiyini nəzərə alıb, bu sahəni subsidiyalaşdırmaq əvəzinə bu vəsaitin çoxunu taxıl idxalına yönəltməyi təklif edir.
Bu, əhalinin həyat səviyyəsi inkişaf etmiş ölkələrin səviyyəsinə çatanadək davam etdirilməlidir.