Ekspertlər atəşkəsin pozulmasını şərh etdilər

Cəsur Sümərinli: “Azərbaycan hakimiyyəti ona olan siyasi təzyiqləri müharibə ilə neytrallaşdırır”
Üzəyir Cəfərov: “1994-cü ildən bu yana ən çox itki verdiyimiz bir gündür”

Source:


C


ə


sur S


ü


m


ə


rinli: “


Az


ə


rbaycan hakimiyy


ə


ti ona olan siyasi t


ə


zyiql


ə


ri m


ü


harib


ə


il


ə


neytralla


ş


d


ı


r


ı


r”


Ü


z


ə


yir C


ə


f


ə


rov: “


1994-c


ü


ild


ə


n bu yana


ə


n


ç


ox itki verdiyimiz bir g


ü


nd


ü


r



Ermənistan ordusunun iyulun 31-dən avqustun 1-nə keçən gecə atəşkəsi pozması nəticəsində Azərbaycan ordusu itkilərə məruz qalıb. Mənbələr müxtəlif rəzəmlər göstərib, 8 və 11 şəhid verdiyimiz bildirilir.

Müdafiə Nazirliyi isə Qazax rayonunun Cəfərli kəndində anadan olmuş 1977-ci il təvəllüdlü, gizir İsa Ziyad oğlu Almazovun şəhid olduğunu təsdiqləyib.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin (JHAM ) rəhbəri Cəsur Sümərinli öz Facebook səhifəsində yazıb ki,  Azərbaycan hakimiyyəti ona olan siyasi təzyiqləri müharibə ilə neytrallaşdırır: “Bu son 10 ildə dəfələrlə təkrarlanıb”.

O, övladları şəhid olan valideynlər baş verən insdentlə bağlı Müdafiə Nazirliyini ciddi şəkildə sorğu-sual etməlidir”.

Hərbi ekspert Üzeyir Cəfərov isə hadisənin atəşkəs haqqında müqavilə imzalandıqdan sonra baş verən ən böyük itki olduğunu deyib: “Çox böyük itkidir. İstəməzdim yazdıqlarımı qərəz kimi qəbul etsinlər, amma bu atəşkəs dövründən – 12 may 1994-cü ildən bu yana ən çox itki verdiyimiz bir gündür. Şəxsən mən xatırlamıram ki, biz bir gün ərzində bu qədər itki verək”.

Hərbi ekspert Müdafiə Nazirliyinin məlumatına inanmadığını bildirib: “Ola bilsin, hadisənin şokunu yaşayan rəhbərlik tez-tələsik bu xəbərin verilməsini istəyib. Amma hərb elminə bələd olan, həmçinin döyüş keçmiş insanlar bilir ki, hücum edən tərəfin itkiləri daha çox olur. Düşmən ərazimizə soxulmağa CƏHD edib və bizim əsgərlərin SAYIQLIĞI nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb”. Daha sonra isə MN qeyd edir ki, “şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib”. Əgər bu əclaf, amansız və xain erməni hücuma keçirdisə, onun verdiyi itkilər ən azından neytral ərazidə qalmalı idi. Və bizim komandanlıq düşmənin hücumunu sübut faktı kimi o erməni əsgərlərinin meyitlərini nümayiş etdirməliydi. Səngərdə oturub düşmənin hücümunun qarşısını alan əsgərlərimizin itkisi bu qədər olmamalıydı axı”.

Üzeyir Cəfərov inanır ki, ölkə başçısı və SQ Ali Baş Komandanlığı bu faciə ilə əlaqədar MN-nin rəhbər şəxslərini dinləyəcək və lazım olan

qərarını verəcək: “Bu faciənin baş verməsində tam məsuliyyəti erməni-rus tərəfinin üzərində olsa da, bizim “bir gün də olsun müharibədə olmaya-olmaya, general rütbəsi alan “kabinet sərkərdələri” də yaxalarını kənara çəkməməlidirlər. Kəşfiyyat İdarəsinə tam təsadüfi adamı təyin edən və ona general rütbəsi verdirən nazirin ortaya qoyduğu “ağır nəticə” də belə olur”.

Ana səhifəXəbərlərEkspertlər atəşkəsin pozulmasını şərh etdilər