Nərmin Şahmarzadə

Mənbə: Foto: Meydan tv

Başlıq: Nərmin Şahmarzadə

Ekspertiza Mübariz İbrahimov haqqında paylaşıma rəy verdi

"Şərəfi ləkələnib, nüfuzdan salınıb"

Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında təyin edilən ekspertizanın nəticəsi açıqlanıb.

Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elçin İsmayılov psixoloq Nərmin Şahmarzadənin "Facebook"da Mübariz İbrahimov haqqında yazdığı fikirlərlə bağlı rəyini verib. Həmin rəy Nərmin Şahmarzadənin özünə və Ş.İbrahimovanın vəkili Ramil Rüstəmova da təqdim olunub.

"... öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır" və "...Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman" cümlələri Mübariz İbrahimovun şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlardır", - deyə rəydə yazılıb.

Oktyabrın 10-da məhkəmədə ekspertin rəyi müzakirə olunmalıydı, lakin N.Şahmarzadə məhkəmə prosesinə gəlmədiyinə görə mümkün olmayıb. Hakim bildirib ki, oktyabrın 21-də keçiriləcək növbəti məhkəməyə də gəlməsə, onun haqqında məcburi gətirilmə qərarı çıxarılacaq.

Milli Qəhrəmanın anasının vəkili Ramil Rüstəmov bildirib ki, ekspertiza rəyi obyektivdir: "Bu rəydən sonra onun cinayət məsuliyyətinə cəlb olunması labüddür. Ekspertizanın rəyi var ki, Milli Qəhrəman təhqir olunub".

Ş.İbrahimova N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsini - həbs olunmasını istəyir.

N.Şahmarzadə isə özünü təqsirli bilmir. M.İbrahimov haqqında ilk statusundan bir neçə gün sonra Milli Qəhrəmanın ailə üzvlərindən üzr istəyən psixoloq onu təhqir etmədiyini deyib. Məhkəmədə də bildirib ki, o, ifadə azadlığından istifadə edərək fikirlərini paylaşıb: "Mən pafosdan uzaqlaşıb, təhsilə fokuslanmağın tərəfdarıyam. Mən qəhrəmanlığı təhsildə uğur qazanmaqda görürəm. Mübariz İbrahimov haqqında statusdan az öncə bu barədə yazmışdım. Həmin statusda bir nəfərlə fikir ayrılığı yarandı, Mübariz İbrahimov haqqında yazdı. Ondan sonra mən də fikrimi izah eləmək üçün həmin statusu yazdım. Mən hərbiyə qarşıyam, sülh istəyirəm”.

Mübariz İbrahimov 2010-cu il iyunun 18-də bir neçə erməni hərbçisini öldürdükdən sonra özü də həlak olub. Ermənistan tərəf onun nəşini beş ay sonra Azərbaycana verib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/93zug7

Ən çox baxılan