Ekspert: Dünyada qeyri-leqal gəlirlərin illik həcmi 1 trilyon dollara bərabərdir

“Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrdə araşdırmaçı jurnalistlər öz araşdırmalarına görə ciddi zərər çəkirlər, azadlıqlarını, bəzən həyatlarını itirirlər”

Source:


“Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrdə araşdırmaçı jurnalistlər öz araşdırmalarına görə ciddi zərər çəkirlər, azadlıqlarını, bəzən həyatlarını itirirlər”

Britaniyalı araşdırmaçı jurnalist Ben Cuda hesab edir ki, dünyada kriminal gəlirlərin dövr etməsində Qərb məsuliyyət daşıyır.

Korrupsiyaya uğramış hökumətlərdə islahatlar aparmaq əvəzinə Qqərb maliyyə sistemi onları dünya iqtisadiyyatına qoşur, Qərbə qeyri-leqal pullar gətirir.

Beləliklə, postsovet ölkələrindən olan avtoritar hökmdarlar öz sərvətlərini Avropada saxlamaq imkanları əldə edirlər.

Ben Cuda bütün bunlar haqqında “Rusiyadan nağd pullarla, çirkli  pulların yuyulması ilə bağlı gizli araşdırma” adlı filmində bəhs edir. Bu gün ABŞ paytaxtında filmin təqdimatı olacaq.

O, “Turan İA”-ın Vaşinqton müxbirinə müsahibəsində öz araşdırması haqda danışıb.

Belə çıxır ki, zəngin neft ölkələrindən olan, oğurluq  və korrupsiyada ittiham edilən oliqarxlar və despotlar öz çirkli pulları ilə rahat şəkildə Qərbə üz tuturlar.

Bu sualın cavabında Cuda deyib ki, Rusiya, Türkiyə, Azərbaycan və digər belə ölkələrdə məhkəmə sistemi, parlament, azad mətbuat, mahiyyətcə dağıdılıb ki, bu da icra hakimiyyətinin cəzasız olaraq hərəkət etməsinə şərait yaradır. Onlara yeganə əngəl törədəcək qurumlar demokratik institutlar və müstəqil məhkəmələr ola bilər. Əgər onlar məhv edilibsə kleptokratiya çiçəklənir.

Sirr deyil ki, bəzi Avropa ölkələrində banklar neftlə zəngin olan hökumətlərlə bağlıdır, oraya külli miqdarda vəsaiti gizlicə necə göndərə bilirlər?

Cuda deyib ki, sıravi vətəndaşlar üçün sərt nizamlanmış maliyyə sistemi mövcuddur. Lakin offşor maliyyə forması da var ki, burada gizli, qanuna baxmadan hərəkət etmək olur.

Bu, nəhəng dənizdir və pulların ən çoxu Britaniya offşorlarındadır. Həmin vəsaitin həcmi Böyük Brtitaniya ÜDM dəyərini ötür. Bu, paralel maliyyə aləmidir ki, burada milli büdcələrə vergi ayırmaları yoxdur, bu, sadəcə, oğurlanmış pullardır. Söhbət ildə trilyon dollar həcmində ümumi məbləğdən  gedir.

Kleptokratiyanın qarşısının alınmasında beynəlxalq vasitələr hansılardır?

Bu sualın cavabında ekspert deyib ki, bu metodlardan biri offşorlar vasitəsilə daşınmaz əmlakın satışından imtina olardı. Deyək ki, Londonda bu, korrupsiyaya böyük zərbə olardı.

Böyük Britaniyada bunu etmək arzusu var. Uzunmüddətli perspektivdə dünya yeni maliyyə sistemini tapmalıdır ki, bu da “qara nağd pul”a yer olmamalıdır. Əsas məsələ isə buna necə nail olmaqdır.

Böyük Britaniya, ABŞ və digər qərb ölkələrində daşınmaz əmlakın satışı və alışında  şəffaflıq göstərir ki, bu sektor pulların yuyulması üçün ən cəlbedici sektorlardan biridir. Odur ki, daşınmaz əmlakı kimin nə zaman və neçəyə alması barədə ictimaiyyətin məlumatlandırılması ciddi nəzarət vasitəsidir.

Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrdə araşdırmaçı jurnalistlər öz araşdırmalarına görə ciddi zərər çəkirlər, azadlıqlarını, bəzən həyatlarını itirirlər. Təhlükəsizliklərinin təminatı üçün onlara nə təklif etmək olar?

Bu sualın cavabında Cuda deyib ki, britaniyalı jurnalistlərlə müqayisədə Azərbaycan, Rusiya və digər ölkələrdə həyatını riskə ataraq fəaliyyət göstərən jurnalistlər əsl qəhrəmanlardır.

Bu gün Qərb mətbuatı, ümumilikdə jurnalistlər uzun yolun əvvəlindədir: korrupsiya barədə məlumatlılığın artması, qərb maliyyə qurumlarının bu proseslərə cəlb edilməsi məqsəd və vəzifədir.

Ana səhifəXəbərlərEkspert: Dünyada qeyri-leqal gəlirlərin illik həcmi 1 trilyon dollara bərabərdir