“28 may” metrostansiyası yaxınlığında bir məntəqə istisna olmaqla, qalanları işini dayandırıb
Azərbaycan Mərkəzi Bankının 21 dekabr qərarı valyutadəyişmə məntəqələrinin bağlanmasına səbəb olub. Qərara görə, manatın dollara nisbətdə rəsmi məzənnəsi təxminən yarıya qədər ucuzlaşıb, 1 dollar 1,5500 manat, 1 avro 1,6850 manat təşkil edir.
Bundan əlavə, qərar paytaxtın ticarət obyektlərinin və apteklərin bir çoxunda işin dayandırılmasına səbəb olub. Meydan TV-nin əməkdaşları şəhərin müxtəlif ərazilərində yerləşən valyutadəyişmə məntəqələrində olublar, “28 may” metrostansiyası yaxınlığında bir məntəqə istisna olmaqla, qalanları işini dayandırıb.