Eks nazirin yol polisi ilə problemi həll edilib

”Baş vermiş hadisə ətrafında yaranmış rezonans qalib gəldi”

Source:


”Baş vermiş hadisə ətrafında yaranmış rezonans qalib gəldi”


Martın 1-də

sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Facebook”-da yol polisiylə yaşadığı problemdən yazmışdı.

O, ikinci bir açıqlama yayıb. Bildirib ki, baş verən problem tamamilə həll olunub:

“Daxili İşlər Nazirliyi tərəfindən bu məsələyə cəlb edilmiş bütün şəxslər qanunun aliliyinə əsaslanaraq yaranmış vəziyyətlə əlaqədar çox yüksək dərəcədə hörmət və konstruktiv yanaşma nümayiş etdirdilər. Həmişəki kimi sonradan müəyyən oldu ki, biz həmin şəxslərlə hələ 1994-cü ildən, ABŞ-ın ATƏT-dəki səfiri Braunu Goranboyun Tapqaraqoyunlu kəndindəki təmas xəttində müşayiət etdiyimiz vaxtdan tanıyırıq. Əminəm ki, bu hadisənin bütün iştirakçıları özləri üçün lazımi nəticələri çıxarıblar”.

Sabiq nazir hüquqlar uğrunda qanuni vasitələrlə mübarizə aparmağın vacib olduğunu söyləyir:

“Bu işdə ictimai rəy və KİV çox mühüm əhəmiyyətə malikdir. 15 gün əvvəl istifadə etməyə başladığım “Facebook”-un rolu da vacibdir. Hakimiyyət səlahiyyətlilərinin və sadə vətəndaşların iştirakçıları olduqları cəmiyyətin transformasiyasının müsbət aktları – uzunmüddətli prosesdir. Bu, bizim hamımızın keçdiyi məktəbdir və əsas qayda qanunun aliliyidir. Qısası, qanuna hörmət et ki, başqasından bunu tələb edə biləsən. Əminəm ki, uzumüddətli müzakirələr üçün sensasiya dolu və qaynar faktları, “kim kimi məğlub edəcək” seriyasından yarışma səhnələrini açıqlamadığıma görə bəzi dostlarım məni bərk tənqid edəcək. Ancaq mən sual verirəm: “Lazımdırmı?” Aydındır ki, sizin göstərdiyiniz və mənim də səmimi şəkildə minnətdar olduğum ictimai dəstək və baş vermiş hadisə ətrafında yaranmış rezonans qalib gəldi. Daha doğrusu, qalib gələn qanun oldu”.

Ana səhifəXəbərlərEks nazirin yol polisi ilə problemi həll edilib