”Istintaqın davam etdirilməsi üçün cinayət işi Bakı şəhər prokurorluğuna göndərildi”
“Aprelin 21-də yazıçı Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olduq. Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.
Bu fikirləri öz Facebook səhifəsində vəkil Elçin Sadıqov yazıb.
Vəkil əlavə edib ki, Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq olduğundan cinayət işi istintaq davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərildi.