Ekologiya Nazirliyi meteohəssas insanlara xəbərdarlıq etdi

”İyulun 22-23-də Abşeron yarımadasında güclü külək gözlənilir”

Source:


”İyulun 22-23-də Abşeron yarımadasında güclü


külək gözlənilir”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  iyulun 22-23-də Bakıda və Abşeron yarımadasında əsən şimal-qərb küləyinin güclənəcəyini bildirib.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 26-31 dərəcə olacaq.

Report.az yazıb ki, havanın temperaturu gecə 23-26, gündüz 32-36, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə  olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25 dərəcə, Türkan, Hövsan, Sahil və Şıxda 26-27 dərəcə olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 22-23-də Abşeron yarımadasında güclü külək əsəcək.

Azərbaycan rayonlarında iyulun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Ana səhifəXəbərlərEkologiya Nazirliyi meteohəssas insanlara xəbərdarlıq etdi