Ehtiyac meyarı və yaşayış minimumunun artırılması təklif edilir

Müvafiq qanun layihələri parlamentdə daxil olub

Source:
Milli Məclis
Milli Məclis


Müvafiq qanun layihələri parlamentdə daxil olub

Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarının həddi müəyyənləşib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Növbəti il üçün yaşayış minimumun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.

Hər iki məsələ ilə bağlı qanun layihəsi parlamentə daxil olub. Layihələr Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Hər iki qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minir.

2018-ci il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 130 manat, yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilib.

Ana səhifəXəbərlərEhtiyac meyarı və yaşayış minimumunun artırılması təklif edilir